Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır –Baş nazir Starmerdən bəyanat

Starmer
Starmer

Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır.  AzPost Britaniya mətbuatına bildirir ki, bu  bəyanatla Britaniyanın Baş naziri Starmer çıxış edib. “Britaniya təhlükəsizliyi təmin etmək üçün digər Avropa ölkələri ilə birlikdə Ukraynaya qoşun göndərməyə hazırdır”-deyə Baş nazir bəyan edib.

Eyni zamanda  Britaniyaya 4,5 milyard funt-strelinq hərbi yardım ayırdığını açıqlayıb.

Norveç də 2025-ci ildə Ukraynaya dəstək üçün 3,5 milyard avro ayıracağını bəyan edib.

Xatırladaq ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Ukraynaya yardımın davam etdiriləcəyini və Kiyev üçün 3.5 milyard avro məbləğində yeni tranşın ayrılacağını açıqlayıb.

Onun sözlərinə görə, “təkcə Ukraynanın deyil, Avropanın da taleyi təhlükə altındadır”. “Ukraynanın azadlığı və suverenliyi təkcə Avropanın deyil, bütün dünyanın maraqlarına cavab verir. Bu, təkcə Avropa üçün deyil, həm də Asiya, Afrika və Atlantikanın hər iki tərəfi üçün böyük əhəmiyyət kəsb edir”, – deyə AK sədri vurğulayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.