Britaniya və müttəfiqləri Kiyevə 150 milyonluq hərbi yardım göndərir

Britaniya və müttəfiqləri Ukraynaya 150 milyon funt sterlinq dəyərində yeni hərbi yardım paketi ayırıb.

Azpost.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.

“Hava və dəniz müdafiəsini gücləndirmək üçün Ukraynaya 150 milyon funt sterlinqlik hərbi yardım paketi göndərilir”, – nazir deyib.

Yardım paketinə ümumi dəyəri 70 milyon funt-sterlinq olan hava hücumundan müdafiə radarları, simulyasiya avadanlığı və elektron döyüş sistemləri daxil olacaq. Bundan başqa, Kiyevə 80 milyon funt-sterlinq dəyərində kiçik qayıqlar, kəşfiyyat dronları və pilotsuz suüstü nəqliyyat vasitələri də göndəriləcəck.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.