Britaniyada parlament seçkilərində Leyboristlər qalib gəlib

Britaniya parlamentinə keçirilən seçkilərdə Leyboristlər Partiyası qalib gəlib.

“The Guardian” xəbər verir ki, səslərin hesablanmasının aralıq nəticələrinə görə, müxalifət partiyası yeni hökumətin formalaşdırılması üçün lazım olan çoxluğu əldə edərək, 650 yerlik İcmalar Palatasında özünə 326 yeri təmin edib.

2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının cəmi 71 mandatı var.

Hazırda səsvermə bülletenlərinin hesablanması davam edir və yerli vaxtla 07:00-da başa çatacaq, amma bununla belə, artıq Leyboristlərə çatmaq mümkün olmayacaq.

Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak da Leyboristlər Partiyasının lideri Key Starmeri parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Əvvəlki məqalə

Özbəkistan Prezidenti bu gün Azərbaycana gəlir

Sonrakı məqalə

Prezident İlham Əliyev Xocalı hava limanında olub