Britaniyanın ardınca ABŞ da Kiyevlə təhlükəsizlik sazişi imzalaya bilər- SƏFİR

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink təhlükəsizlik öhdəlikləri ilə bağlı Ukrayna ilə danışıqların iki raundununun geridə qaldığını açıqlayıb.

Azpost.info xəbər verir ki, o, bu barədə Ukraynanın Böyük Britaniya ilə imzaladığı ikitərəfli təhlükəsizlik sazişini şərh edərkən bildirib.

Səfirin sözlərinə görə, analoji razılaşmanın əldə edilməsi ABŞ prezidentinin qarşısında duran strateji vəzifədir: “Biz artıq Ukrayna hökuməti, prezident aparatı və dövlət qurumları ilə ikitərəfli məsləhətləşmələrə başlamışıq. Artıq iki raund keçib və danışıqlar davam edəcək. Bayden administrasiyası bu razılaşmaya sadiqdir”, – səfir deyib.

Brink danışıqların hələ də davam etdiyini qeyd edərək gələcək razılaşma üçün konkret tarix açıqlamayıb. Bununla belə, o vurğulayıb ki, ABŞ Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyir və təhlükəsizlik sazişi alyansa üzvlük reallaşana qədər “təhlükəsizlik körpüsü” yaratmaq məqsədi daşıyır.

Xatırladaq ki, yanvarın 12-də Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.