Britaniyanın yeni Baş naziri Kralla görüşdü - Rəsmən vəzifəsinə başladı

Britaniya Leyboristlər Partiyasının lideri Kir Starmer Kral III Çarlzdan hökumət qurmaq mandatı alaraq ölkənin Baş naziri vəzifəsinə rəsmən başlayıb.

Azpost.info xəbər verir ki, Bukingem sarayında keçirilən görüşün görüntülərini kralın mətbuat xidməti yayıb.

61 yaşlı Starmer baş nazir kimi xalqa müraciət etmək üçün “Dauninq-strit”ə gedəcək. O, kral taxtına oturan III Çarlzın dövründə Britaniya hökumətinin üçüncü başçısı oldu.

Starmerin sələfi Rişi Sunak 25 oktyabr 2022-ci ildən bu günə qədər hökumətə rəhbərlik edib.

Azpost.info

Əvvəlki məqalə

Qarabağ Universitetinin konsepti təsdiqlənib

Sonrakı məqalə

Britaniya kralı Rişi Sunakın istefasını qəbul edib