Bu ərazilərdə böyüyən uşaqların sümükləri möhkəm olur- “The Guardian”

Belçikadan olan mütəxəssislərin apardığı tədqiqat yaşıl sahələrə yaxın yaşayan uşaqların sümüklərinin daha möhkəm olduğunu üzə çıxarıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Mütəxəssislərin fikrincə, bu, həyat keyfiyyətini yaxşılaşdırır və qocalıqda qırıqların qarşısını alır.

Tədqiqatda evləri şəhər, şəhərətrafı və kənd yerlərində olan Belçikanın Flandriya bölgəsindən olan 4-6 yaş arası 300 uşaq iştirak edib. Uşağın boyu, çəkisi, etnik mənsubiyyəti, həmçinin ananın təhsil səviyyəsi də nəzərə alınıb.

Mütəxəssislər sümük sıxlığını ölçmək üçün ultrasəsdən istifadə ediblər.

Nəticələr göstərdi ki, evinin bir kilometr radiusunda digər ərazilərə nisbətən 20-25 faiz daha çox yaşıllıq olan uşaqların sümük gücü daha yüksəkdir.

Alimlər bunu parkın yaxınlığında yaşayanların sümüklərin böyüməsini stimullaşdıran fiziki fəaliyyət səviyyəsinin daha yüksək olması ilə əlaqələndiriblər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.