Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu barədə AYNA-dan Azpost.info-ya bildirilib.
34 və 75 nömrəli şəhərdaxili, 122, 156, 156 A, 196, 218 və 510 nömrəli şəhərətrafı, Bakı–Qax, Bakı–Göyçay, Bakı–Sabirabad, Bakı–Ağsu, Bakı–Şamaxı, Bakı–İsmayıllı, Bakı–Nabran, Bakı–Quba, Sumqayıt-Qəbələ, Sumqayıt–Xankəndi–Laçın, Gəncə–Bərdə, Gəncə–Mingəçevir, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Şəki– Mingəçevir, Şəki–Gəncə, Mingəçevir–Gəncə, Oğuz–Bərdə, Zərdab–Mingəçevir, İmişli–Sumqayıt, Lənkəran–Astara, Astara–Lənkəran, Lənkəran–Masallı, Masallı–Lənkəran, Mingəçevir–Bərdə, Mingəçevir–Yevlax, Yevlax–Mingəçevir, Mingəçevir–Goranboy və Nabran–Xudat şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 8 iyul 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Qax, Bakı–Göyçay, Bakı–Sabirabad, Bakı–Ağsu və Bakı–Şamaxı istiqamətlərində 5 lot üzrə iyulun 10-da;
Bakı–İsmayıllı, Bakı–Nabran və Bakı–Quba istiqamətlərində 5 lot üzrə iyulun 14-də;
Sumqayıt–Qəbələ, Sumqayıt–Xankəndi–Laçın, Gəncə–Bərdə, Gəncə– Mingəçevir və Gəncə–Gədəbəy istiqamətlərində 5 lot üzrə iyulun 17-də;
Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Şəki–Mingəçevir və Şəki–Gəncə istiqamətlərində 5 lot üzrə iyulun 21-də;
Mingəçevir–Gəncə, Oğuz–Bərdə, Zərdab–Mingəçevir və İmişli–Sumqayıt istiqamətlərində 5 lot üzrə iyulun 24-də;
Lənkəran–Astara, Astara–Lənkəran, Lənkəran–Masallı, Masallı–Lənkəran və Mingəçevir–Bərdə istiqamətlərində 5 lot üzrə iyulun 28-də;
Mingəçevir–Yevlax, Yevlax–Mingəçevir və Mingəçevir–Goranboy istiqamətlərində 3 lot üzrə iyulun 31-də;
Nabran–Xudat şəhərlərarası, paytaxtın 156 nömrəli (Hökməli qəsəbəsi – metronun “Memar Əcəmi” stansiyası), 156A nömrəli (Hökməli qəsəbəsi (20 Yanvar küçəsi) – metronun “Memar Əcəmi” stansiyası) şəhərətrafı avtobus marşrutları üzrə 3 lotda iyulun 31-də;
34 nömrəli (Badamdar qəsəbəsi, 3-cü massiv – Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu), 75 nömrəli (Yeni Yasamal yaşayış massivi (M.Xiyabani küçəsi) – Kamil Rəhimli küçəsi (Yasamal yaşayış kompleksi)) şəhərdaxili, 122 nömrəli (Maştağa qəsəbəsi – Ramana qəsəbəsi), 196 nömrəli (Çeyildağ qəsəbəsi – Lökbatan qəsəbəsi), 218 nömrəli (Türkan qəsəbəsi – metronun “Əhmədli” stansiyası), 510 nömrəli (Çaylı kəndi – Müşfiqabad qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda avqustun 4-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.