“Dünya müharibəsi təhlükəsi hər gün bir az da artır”.
Azpost.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Rusiyada qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı təlimlər fonunda Ukraynaya əsgər göndərmək barədə danışan Qərb siyasətçilərinin çılğın bəyanatları səbəbindən dünya müharibəsi təhlükəsi hər gün bir az da artır”, – Siyarto deyib.
Onun sözlərinə görə, avropalı siyasətçilər nüvə silahından istifadə ilə bağlı bəyanatlar verirlər, ruslar isə taktiki nüvə silahından istifadə ilə bağlı təlimlər keçirirlər: “Bu dəliliyi dayandırmağın vaxtıdır”.
Azpost.info