Bu ərazilərdə quşxana saxlayanlar 10 min CƏRİMƏLƏNƏCƏK

cərimə olunacaq
cərimə olunacaq
Hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər quranlar 10 min manatadək cərimələnəcək.
AzPost xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.
Hazırda bu əmələ görə əlli manat məbləğində cərimə tətbiq olunur.
Müzkirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Xatırladaq ki, xüsusilə hava limanlarına yaxın ərazilərdə quşxana (göyərçin) saxlanması, onların uçurdulması qadağandır. Təyyarələrin uçuş məsafəsinin yerə yaxın olduğunu nəzərə aldıqda quşların uçuşu, həmçinin pirotexnik məmulat yandırılması onlar üçün təhlükə yarada bilər.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.