Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Vladimir Zelenskinin Rusiya əraziləri ilə bağlı fərmanına ironik reaksiya verib.
Azpost.info xəbər verir ki, Medvedev bildirib ki, Zelenski bu gedişlə Kanadanı da “tutacaq”.
“Ukraynalı baş narkoman cəbhədəki uğursuzluqlara görə ikiqat dozanı amansızcasına üfürərək, “tarixən ukraynalıların məskunlaşdığı torpaqlarda” Rusiyaya qarşı ərazi iddiaları haqqında fərman imzaladı. Ukraynalılar Rusiyanın bir hissəsi olduğu üçün burada şərh verməyə heç nə yoxdur. Belə gedişlə o, tezliklə Kanadanı özünə birləşdirəcək…”, – Medvedev deyib.
Qeyd edək ki, Zelenski bu gün fərman imzalayaraq Rusiyanın Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətləri, eləcə də Krasnodar diyarının bir sıra rayonları (Kuban, Starodubşina, Şimal və Şərqi Slobojanşina) ukraynalıların tarixi əraziləri kimi tanıyıb.
Azpost.info