“Bu görüşümüzün yekunlarının yaxşı nəticələri olacaq” –İLHAM ƏLİYEV SOÇİ GÖRÜŞÜNÜN YEKUNLARI HAQQINDA

“Tərəflər hərtərəfli, səmimi danışıq apardılar, planlar açıq şəkildə müzakirə olundu”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Soçidə üçtərəfli görüşün nəticələri ilə bağlı danışarkən deyib: “Biz öz planlarımızı, bizi narahat edən məsələləri açıq şəkildə müzakirə etdik. Əsas odur ki, fikir ayrlığını həll üçün qəbul etdiyimiz qərarlar Cənubi Qafqazda vəziyyətin təhlükəsiz və aydın olmasına töhfə verəcək”.
İ.Əliyev qeyd edib ki, Ermənistanda situasiyanın sabitləşdirilməsi üçün ilkin şərtlərin yaradılması əhval-ruhiyyəsini görür: “Mən dəfələrlə demişəm ki, biz Azərbaycan Ermənistanla çoxillik qarşıdurma səhifəsini çevirməkdə, normal qarşılıqlı əlaqələrin başlanması üçün qərarlıyıq. Hesab edirəm ki, bu formatda biz məqsədimizə çatacağıq”.
“Fikrimcə, bu görüşümüzün yekunlarının yaxşı nəticələri olacaq. Bu özünü çox gözlətməyəcək və regionda situasiya təhlükəsiz və pronqozlaşdırıla bilən olacaq”-deyə Prezident vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gələn həftə nəqliyyat dəhlizlərin açılması ilə bağlı qərarlar elan olunacaq –

Sonrakı məqalə

Putin Soçi görüşündən sonra Təhlükəsizlik Şurasının müşavirəsini keçirib