Bu gün 1/4 finala yekun vurulacaq –DÇ-2022

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Günün ilk matçında Portuqaliya millisi Mərakeşlə oynayacaq.

“Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Əl Bayt” stadionunda reallaşacaq görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

Əvvəlki məqalə

Avropa Parlamenti sədrinin müavini korrupsiya ittihamı ilə həbs edilib

Sonrakı məqalə

“Merkelin sözlərindən sonra Almaniya və Fransa Donbas sakinlərinə təzminat ödəməlidir”