Bu gün Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılacaq

Bu gün dekabrın 9-da həbs olunmuş siyasi fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılacaq.

Şikayət üzrə məhkəmə prosesi bu gün saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçiriləcək. B.Hacıyevin vəkili Aqil Layıc müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və Bəxtiyarın ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

Əvvəlki məqalə

FED.AZ biznes-maliyyə portalının 5 yaşı tamam olur

Sonrakı məqalə

“Bu testlərdən Eynşteyn də keçə bilməz” –