Bu gün Bakının işğaldan azad edilməsindən 105 il ötür.
Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan etdikdən sonra ölkə iki yerə parçalanıb, bolşevik-daşnak birləşmələrinin qurduğu Bakı Xalq Komissarları Soveti paytaxtda hakimiyyəti ələ keçirib.
Qafqaz İslam Ordusu və Azərbaycanın yeni təşkil olunan Milli Ordu birləşmələri Göyçay yaxınlığında bolşevik-daşnak birləşmələrini məğlub edərək Bakıya doğru irəliləyib. Paytaxta doğru bir neçə istiqamətdə hərəkət edən ordu birləşmələri Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrini işğaldan azad ediblər. Sentyabrın 15-də günorta saatlarına kimi davam edən döyüşlərdən sonra Qafqaz İslam Ordusu Bakı şəhərini işğaldan azad edilib və bir gün sonra indiki Sahil bağında Qafqaz İslam Ordusu və Azərbaycan qoşunlarının rəsmi paradı keçirilib.
Xatırladaq ki, Bakıda xilaskar türk əsgərinin şərəfinə abidə ucaldılıb, Şamaxıda isə şəhid olmuş türk əsgərlərinin qəbirüstü abidəsi götürülüb.