Bu gün Çempionlar Liqasında final oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında final oyunu keçiriləcək.

Həlledici matçda İspaniyanın “Real” və İngiltərənin “Liverpul” klubları qarşılaşacaq.

Parisin “Stade de Frans” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər Çempionlar Liqasının finalında sonuncu dəfə 2018-ci ildə Kiyevdə görüşüblər. Qarşılaşma madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

28 may

23:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)

Paris, “Stad de Frans” stadionu.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.