Bu gün dünya dərin liderlik böhranı içərisindədir- Türkiyə Prezidenti

Bu gün dünya, müharibələr, qarşıdurmalar, hüquq pozuntuları və bərabərsizliklərin cəngində, dərin liderlik böhranı içindədir. Üzümüzü çevirdiyimiz heç bir yerdə sabitlik görmür, dərinləşən ədalətsizliklərlə qarşılaşırıq. İki qonşu ölkədən birində rifah, var-dövlət hökm sürərkən, digərində milyonlarla insan aclıq və yoxsulluqla mübarizə aparır. Gələcəyimizə ümidlə baxmağımıza səbəb olacaq bütün hadisələrin sayı sürətlə azalır. Bir şey tam aydındır ki, bəşəriyyət dönüş nöqtəsindədir. Sadəcə, qarşıdakı 5-10 ilə deyil, övladlarımızın və nəvələrimizin də gələcəyinə təsir edəcək hadisələr baş verir.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TRT World 2024” forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib(azərtac).

Əvvəlki məqalə

Şarl Mişel öz səlahiyyətlərini Antonio Kostaya ötürdü

Sonrakı məqalə

Premyer Liqa: