“Bu gün kimin dost, kimin xain olduğunu biləcəyik” –Zelenski NATO sammitindən danışdı

“Bu gün Brüsseldə üç mühüm sammit keçiriləcək. Ukrayna NATO-dan, Avropa İttifaqından və G7-dən ciddi addımlar gözləyir.

Azpost.info bildirir ki, bu barədə prezident Zelenski  Telegram-kanalında yaydığı videomüraciətində bəyan edib.

Zelenski deyib ki, siyasətçilər azadlığı dəstəkləməlidirlər: Biz ciddi addımlar gözləyirik. Bilirik ki, ruslar artıq öz maraqları üçün lobbiçilik etməyə başlayıblar. Bizə məlumdur ki, Rusiya bəzi tərəfdaşlarla işləyir. Onlar müharibə əleyhinə mübarizə ilə bağlı mövzunu ortaya qoymaq istəyirlər. Amma müharibəni “söndürmək” lazımdır”.

Prezident  vurğulayıb ki, bu üç sammitdə Ukraynanın güclü mövqeyi olacaq: “Bu üç zirvə görüşündə kimin dost, kimin tərəfdaş, kiminsə satqın və xəyanət etdiyini görəcəyik”, – deyə Zelenski bildirib.

O, əlavə edib ki, Ukrayna NATO-dan ərazisini işğalçılardan təmizləməyə və ölkədə sülhü bərpa etməyə hərtərəfli kömək edəcəyini bəyan etməyi xahiş edib.

Zelenski NATO sammitində iştirak edəcək.

Əvvəlki məqalə

Rusiya Qazaxıstandan Avropaya neft ixrac edən kəməri bağlayıb

Sonrakı məqalə

“Cənubi Qafqaz London üçün həyati əhəmiyyət kəsb edir” –