“Cənubi Qafqaz London üçün həyati əhəmiyyət kəsb edir” –“Regionun yenidən qurulmasını dəstəkləyirəm” (Lord Kilklun)

 

“Mən Böyük Britaniyanın maraqları üçün həyati əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunun yenidən qurulması cəhdlərini qətiyyətlə dəstəkləyirəm. Rusiya və Ukrayna arasındakı gərginlik, Ermənistan və Azərbaycan arasında olan münaqişə də daxil olmaqla, davamlı həll yollarının yaradılmasının vacibliyini nümayiş etdirir.

Azpost.info bildirir ki, bu sözləri Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun sədr müavini, Lord Kilklun  “PoliticsHome” xəbər saytında Azərbaycan və Ermənistan arasında post-münaqişə vəziyyətinə dair məqaləsində yazıb.

Məlumatı Azərtac yayıb.

Sayt Böyük Britaniyada siyasi dairələr, xüsusilə parlamentarilər, hökumət üzvləri və parlament jurnalistləri arasında kifayət qədər populyar olan, geniş oxucu kütləsinə malikdir.

Lord Kilkluni, 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycanın münasibətləri normallaşdırmaq, həm azərbaycanlıların, həm də ermənilərin xeyrinə regionun yenidən qurulması ümidi ilə Ermənistana dostluq əlini uzatdığını bildirib.

“Ermənistan Azərbaycandan gələn təklifi qəbul etməli və beynəlxalq prinsiplər, o cümlədən ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının tanınması əsasında tam normallaşmaya nail olmaq üçün ciddi və əsaslı dialoq aparmalıdır” –deyə Lord yazıb

Müəllif məqalədə bildirib ki, Ərazi bütövlüyünün və suverenliyinin qorunmasına tam sadiq bir ölkə kimi Azərbaycan Ukrayna xalqını 10 milyon avrodan çox dəyərində həyati vacib tibbi ləvazimatlarla təmin etməklə yanaşı, Ukrayna və Rusiya arasında birbaşa danışıqların Bakıda keçirilməsini təklif edib. Bu, Rusiyanın Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan, öz ərazilərində iki Rusiya hərbi bazasına ev sahibliyi etməkdə davam edən və regionda onun forpostu kimi effektiv fəaliyyət göstərən Ermənistanın siyasəti ilə kəskin ziddiyyət təşkil edir.

O, məqaləsində yazır ki, bu yaxınlarda Azərbaycan Ermənistana hər iki tərəfin yekun sülh sazişi hazırlamağa başlaya biləcəyi beş prinsip təklif edib.

Bununla belə, Ermənistan partlamamış qurğular nəticəsində onlarla mülki şəxsin ölümünə və yaralanmasına səbəb olan dəqiq mina xəritələrini və digər müvafiq məlumatları Azərbaycana təqdim etməyib. Bu, beynəlxalq humanitar hüquq öhdəliklərinin açıq şəkildə pozulması deməkdir. Onlar, həmçinin Azərbaycanın 1990-cı illərdəki hərbi əməliyyatlardan sonra itkin düşmüş 4000 azərbaycanlının yeri ilə bağlı məlumatların paylaşılması tələblərinə də susurlar.

Lord Kilkluni məqaləsində Ermənistanın 2020-ci ildə üç ölkə arasında imzalanan sazişi pozduğunu, regional nəqliyyat marşrutlarının və Zəngəzur dəhlizinin açılmasına mane törətməyə davam etdiyini qeyd edib.

Sonda Lord Kilkluni Böyük Britaniyanın hər iki tərəfi müsbət və konstruktiv şəkildə məşğul olmağa təşviq edərək, bu normallaşmaya töhfə vermək üçün əlindən gələni etməli olduğunu qeyd edib.

Əvvəlki məqalə

“Bu gün kimin dost, kimin xain olduğunu biləcəyik” –

Sonrakı məqalə

Azərbaycan nefti 125 dollara satılır