Bu gün 19-da Moskvada KTMT Parlament Assambleyası Şurasının iclası və KTMT PA-nın plenar iclası keçiriləcək.
Azpost.info xəbər verir ki, gündəliyə KTMT-yə üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması və təşkilatın məsuliyyət sahəsində təhlükəsizlik çağırışları və təhdidlərinə qarşı mübarizə üçün nümunəvi qanunların hazırlanması məsələləri daxildir.
Ötən gün KTMT PA-nın sədri, Rusiya Dumasının sədri Vyaçeslav Volodin həmkarları – Parlament Assambleyasına üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT PA çərçivəsində keçiriləcək görüşlərdə iştirak etməyəcək və bu barədə Volodinə rəsmi məktubla məlumat verib.
Ermənistan nümayəndə heyəti KTMT-nin iclaslarını boykot edir. Belə ki, Baş nazir Nikol Paşinyan bundan əvvəl təşkilatın Minskdə keçirilən sammitində iştirak etməyib.
KTMT-yə 6 ölkə – Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir.
Azpost.info