Bu həftə göydə iki ay görünəcək –Qeyri-adi hadisə/FOTO

Bu payız yer kürəsinin sakinləri qeyri-adi astronomik bir hadisənin şahidi olacaqlar – planetimiz qısa müddət ərzində ikinci təbii peyki əldə edəcək. Şəhərdaxili və ən böyük avtobus boyda olan asteroid yerin cazibə sahəsi tərəfindən tutulacaq, eləcə də iki ay ərzində yer kürəsinin ətrafında dövr edəcək.

“The Guardian” qəzetində dərc olunmuş araşdırmaya görə bu asteroid sentyabrın 29-dan 25 noyabra qədər Yer planetinin ətrafında fırlana-fırlana tədricən kiçik ay formasına çevriləcək. Ancaq bir müddət sonra “ikinci ay” Günəş ətrafında fırlanan asteroid qurşağına qayıdacaq.

Madridin Komplutense Universitetindən olan professor, həmçinin bu tədqiqatların aparıcı müəllifi kimi tanınmış Karlos de la Fuente Markos asteroidin orbitlərinin yer kürəsinə çox bənzəyən kosmik obyektlər qrupuna aid edilən Arjuna kəmərinə aid olduğunu izah edib. Alim bildirib ki, belə asteroidlərdən bəziləri yerə təxminən 4,5 milyon kilometr məsafədə yaxınlaşa bilər.

“The Guardian”-ın bu kiçik ay hadisəsi ilə bağlı verdiyi məlumatda deyilir: “Saatda
təxminən 3540 kilometrə qədər qeyri-adi bir sürətlə yerin cazibə qüvvəsi cisimlərin hərəkətinə əhəmiyyətli dərəcədə böyük təsir edir ki, bu da asteroidin müvəqqəti yerin orbitində sıxışdırılmasına səbəb ola bilər.”

Elm adamları həm də təəssüflə bildiriblər ki, belə nadir hadisəni yalnız astronomik cihazların vasitəsilə ancaq mütəxəssislər və peşəkar teleskop sahibləri müşahidə edə biləcəklər. Asteroid həvəskar alətlər, durbinlər üçün çox kiçik, tutqun olacaq.

Oqtay Qorçu

Əvvəlki məqalə

Uzun yaşamağın sirrini araşdıran alimlər nəyi tapıblar?

Sonrakı məqalə

“Filmdə ikrah doğuran məqamlar da var” –