Bu içki beyin fəaliyyətini və yaddaşı yaxşılaşdırır

Beyin fəaliyyətini yaxşılaşdırmaq üçün gündə bir və ya iki fincan kofe içmək məsləhət görülür.

Azpost.info xəbər verir ki, mütəxəssislərə görə, kofe qan dövranını və mikrosirkulyasiyanı artırdığı üçün beyin fəaliyyətini və yaddaşı yaxşılaşdıra bilər.

Eyni zamanda, unutmaq olmaz ki, həddən artıq kofe içmək insan sağlamlığını və immuniteti qorumaq üçün lazım olan maqnezium, kalsium, dəmir və sinkin udulmasını poza bilər. Bundan başqa, qəhvə bədəni susuzlaşdırır, ona görə də ondan sonra bir stəkan su içmək məsləhət görülür.

Hipertoniya və ürək ritmində pozulma olan insanlar üçün kofe içmək tövsiyə olunmur. Belə insanlarda kofe qan təzyiqinin artmasına, aritmiyanın saxlanmasına və ya ürək aritmiyalarının ağırlaşmasına səbəb ola bilər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.