Bu il 165 milyard dollar qazanan şirkət rəhbəri reanimasiyaya yerləşdirilib-FOTO

Hindistanın ən böyük şirkətlərindən olan “Tata Sons”un sahibi Ratan Tata Mumbay xəstəxanasında reanimasiyada ağır vəziyyətdədir.

Azpost.info bildirir ki, bununla iki mənbə Reuters-ə bildirib.

86 yaşlı Ratan “Tata Sons” şirkətini 20 ildən çox idarə edib. O, şirkətin genişləndirilməsi və şaxələndirilməsi ilə tanınıb. Tata bazar ertəsi yaşı və əlaqəli tibbi vəziyyətlərə görə müntəzəm tibbi müayinələrdən keçdiyini söyləmişdi.

Dünyanın ən böyük şirkətlərindən olan “Tata”nın 2023-24-cü illərdə 165 milyard dollar gəliri olub.

Şirkətinin nümayəndəsi çərşənbə günü Ratan Tatanın vəziyyəti ilə bağlı hər hansı yeni xəbər verməyib.

Tata ailəsinə yaxın olan mənbələr onun xəstəliyinin xarakteri ilə bağlı əlavə təfərrüat verməyiblər. Onlar bildiriblər ki, Tata Mumbayın Breach Candy xəstəxanasına yerləşdirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.