Bu il 220 cinayətkar qrup zərərsizləşdirilib –DİN

Bu ilin ilk 3 ayında 556 nəfərdən ibarət 220 cinayətkar qrup zərərsizləşdirilib.

Bunu Daxili işlər naziri Vilayət Eyvazov nazirlikdə keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, bu müddətdə qeydə alınmış 8.622 cinayətin 86 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.