Bu il Azərbaycana haradan nə qədər turist gəlib?

2022-ci ilin yanvar-may aylarında Azərbaycana 157 ölkədən 468,1 min nəfər, ötən ilin eyni dövrünə nəzərən 2,2 dəfə çox əcnəbi gəlib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsaslanan Dövlət Statistika Komitəsi bildirir ki, gələnlərin 24,8 faizi Türkiyə, 24,7 faizi Rusiya, 13,8 faizi İran, 5,6 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Ukrayna, qalanları başqa ölkələrin vətəndaşlarıdır.

Hesabata görə, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2,4 dəfə artaraq 530,2 min nəfər olub, onların 46,8 faizi Türkiyəyə, 15,6 faizi Rusiyaya, 13,3 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,1 faizi başqa ölkələrə səfər edib.

Əvvəlki məqalə

Şeyx Heydər türbəsində xəzinə axtaranlar kimlərdir? – FOTO

Sonrakı məqalə

Azərbaycan və Özbəkistan prezidentləri xiyabanda ağac əkiblər