Bu il Azərbaycanda 64 mindən çox körpə doğulub

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 64 min 627 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2-dan 11,0-a enib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrin 1972-i əkiz, 93-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

Yanvar-iyul ayları ərzində ölkədə 35 min 142 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3-dən 6,0-a qədər azalıb.

Əvvəlki məqalə

Ermənistan daxilindəki güclü qüvvələr vəziyyətin dəyişməsini istəmir

Sonrakı məqalə

Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib