Bu il nə qədər fitrə zəkatı verək?- QMİ-dən AÇIQLAMA

Aprel ayının 10-u Ramazan bayramıdır. Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının verilməsinin vaxtı Ramazan ayının son günüdür. Hər bir insan minimum səviyyədə yaşamaq imkanına malikdirsə, əlində müəyyən qədər maddi imkanları varsa, hər ailə üzvünə görə fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib ki, fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullardan, eləcə də, pul şəkilində vermək olar.

“Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün ortalama olaraq hər ailə üzvü hesabına 10 manat fitrə çıxarılması məqsədəuyğundur. Lakin insan var ki, imkanı 3-5 manata çatır. Belə də olar. Fitrə zəkatını ailə başçısı ailədə olan üzvlərin sayına görə verməlidir.

İnsanlar bayram namazına qədər fitrə zəkatını çıxarmalıdır. Ancaq istisna hallar da var. Fitrəni oruc tutan və tutmayan da çıxarmalıdır.

Fitrə zəkatı. əsasən, imkansızlara, fəqirlərə, kasıblara verilməlidir”, – deyə o qeyd edib(trend).

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

İl başlayandan 24 mindən çox anaya ödəniş edilib