Bu il ölkədə yanğınlarda 24 nəfər həlak olub –

57 partlayış hadisəsi baş verib, 9 nəfər həlak olub
23 Oktyabr 2021 - 10:18

Bu il respublika ərazisində 1805 yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin 9 ayı ərzində bağlı statistik məlumatlarında qeyd edilib.

Bildirilib ki, yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 104 nəfər xəsarət alıb. Bu da ötən illə müqayisədə yanğından həlak olanlar üzrə 8 nəfər və ya 25% az, xəsarət alanlar üzrə 4 nəfər və ya 4% çoxdur.

Azərbaycanda bu il 57 partlayış hadisəsi baş verib.

Bildirilib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 6 hadisə və ya 13% çoxdur. Partlayışlar zamanı 9 nəfər həlak olub, 54 nəfər xəsarət alıb və 7 nəfər xilas edilib.

Bu il respublika ərazisində 13231 təbii və texnogen mənşəli hadisə baş verib.

Bildirilib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 398 hadisə və ya 3% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 159 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 36 nəfər xilas edilib, 496 nəfər təxliyə olunub.