Bu il ölkədə inşaat işlərinin 90 faizini özəl şirkətlər həyata keçirib

Cari ilin dekabrın 1-dək tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilən inşaat işlərinin 67,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16,4 faizini əsaslı təmir, 6,8 faizini cari təmir, 9 faizini isə digər tikinti işləri təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi inşaat işlərinin 89,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Həmin dövrdə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 794,9 milyon manatı (94 faizi) Birləşmiş Krallıq, İsveçrə, Yaponiya, ABŞ, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Əvvəlki məqalə

“Rusiya ilə Ukrayna arasında İstanbul danışıqlarına qayıtmaq lazımdır”

Sonrakı məqalə

Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırıb