Bu il ölkədə yanğınlarda 24 nəfər həlak olub –57 partlayış hadisəsi baş verib, 9 nəfər həlak olub

Bu il respublika ərazisində 1805 yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin 9 ayı ərzində bağlı statistik məlumatlarında qeyd edilib.

Bildirilib ki, yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 104 nəfər xəsarət alıb. Bu da ötən illə müqayisədə yanğından həlak olanlar üzrə 8 nəfər və ya 25% az, xəsarət alanlar üzrə 4 nəfər və ya 4% çoxdur.

Azərbaycanda bu il 57 partlayış hadisəsi baş verib.

Bildirilib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 6 hadisə və ya 13% çoxdur. Partlayışlar zamanı 9 nəfər həlak olub, 54 nəfər xəsarət alıb və 7 nəfər xilas edilib.

Bu il respublika ərazisində 13231 təbii və texnogen mənşəli hadisə baş verib.

Bildirilib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 398 hadisə və ya 3% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 159 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 36 nəfər xilas edilib, 496 nəfər təxliyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alek Bolduin çəkiliş vaxtı rejissor və operatora niyə atəş açıb? –

Sonrakı məqalə

“Azərbaycan vətəndaşlarını repatriasiya etmək üçün böyük səy göstərir” –