Bu il ölkədə iqtisadi artım 3,5 faiz səviyyəsində olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artımı təxminən 3,5 faiz səviyyəsində proqnozlaşdırır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2025-ci ildə ümumi daxili məhsulun artımı 3-4 faiz səviyyəsində nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.