2023-cü ildə Rusiyaya ən çox Çin və Hindistandan turist gəlib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin departament direktoru Nikita Kondratyev bildirib.
Onun sözlərinə görə, üçüncü yeri Avropa ölkələrinin vətəndaşları tutur.
Kondratyev əlavə edib ki, Çin sakinləri elektron viza sistemindən fəal şəkildə istifadə edirlər: “Çin turizm sahəsində bizim əsas tərəfdaşımızdır. Elektron viza avqustun 1-dən istifadəyə verilib və bütün belə giriş icazələrinin 50 faizi Çin vətəndaşları tərəfindən verilib. Bizim əsas tərəfdaşlarımız həm də Hindistan vətəndaşlarıdır. İnanın ki, hələ də Avropadan çoxlu turistlərimiz var”.
Azpost.info