Bu il vergi daxilolmalarının həcmi 7,5 milyard manat olub

Cari ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 499 milyon 106,4 min manat vergi daxil olub. Dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait ödənilib.

Dövlət Vergi Xidmətinin məlumatına görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 634,7 milyon manat və ya 13,8 faiz çox olub. Ödənilən vergilərin 69,9 faizi qeyri-neft-qaz sektorunun, 30,1 faizi isə neft-qaz sektorunun payına düşüb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.