Bu ildən tədrisi digər dillərdə aparılan məktəblərdə bəzi fənlər Azərbaycan dilində keçiriləcək

Tədris dilindən asılı olmayaraq, Azərbaycandakı bütün məktəblər Azərbaycan məktəbləridir.

Bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin sırf Azərbaycan dilində aparılması bu il bütün məktəblərə tətbiq olunacaq. Bu, eyni zamanda, Zəfər tarixi və Hərbi hazırlıq fənlərinə də aiddir”, – nazir vurğulayıb(apa).

Əvvəlki məqalə

Gürcüstan prezidentinə qarşı impiçment proseduru başladılıb

Sonrakı məqalə

“PepsiCo” və Mars “müharibə sponsorları” siyahısına daxil edilib