Bu ilin ilk 5 ayında sahibkarlıq sahəsində 27 min 558 yoxlama aparılıb- Ədliyyə Nazirliyi

Cari ilin yanvar-may ayları ərzində sahibkarlıq sahəsində 27 min 558 yoxlama həyata keçirilib.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cari ilin 5 ayı ərzində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması üçün 15 yoxlayıcı orqanın 38 min 846 müraciəti qeydiyyata alınıb. Həmin müraciətlər əsasında sahibkarlıq sahəsində 27 min 558 yoxlama aparılıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.