Bu KİV-lər “Prokurorluğun dostu” mükafatını aldılar

Baş Prokurorluq tərəfindən “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatlar təqdim olunub.

Mükafatlar bu gün Baş Prokurorluqda keçirilən tədbirdə təqdim edilib.

“Prokurorluğun dostu” mükafatı “APA Media Group”a daxil olan Lent.az xəbər saytının baş redaktoru Hafiz Heydərova, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov və “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşova təqdim edilib.

Onlar göstərilən diqqətə görə minnətdarlıqlarını vurğulayıblar. Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Əvvəlki məqalə

Dövlət başçısı prezident Aleksandar Vuçiçi təbrik edib

Sonrakı məqalə

Gürcüstanda zəlzələ olub