Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Bu maşınların istehsalı dayandırılır –

Orkhan Ali 15 Fevral 2025 - 15:35 (Last updated: 21 May 2025 - 20:15)
1739597324_resize-2025-02-15t092807.088

Avtomobil istehsalçıları model sıralarını yenidən nəzərdən keçirir. 2026-cı ilə qədər bir neçə məşhur marka istehsaldan çıxarılacaq. Bunun əsas səbəbi elektromobillərə keçid, bəzi seqmentlərə tələbatın azalması və krossoverlərin üstünlük təşkil etməsidir.

Proqnozlara görə, 2026-cı ilə qədər avtomobil bazarı daha da elektrikləşəcək və klassik modellərin yerini yeni SUV-lar və elektromobillər tutacaq. Benzin mühərrikli avtomobil həvəskarları ya son buraxılış modellərini əldə etməli, ya da yeni elektrik versiyalarını gözləməlidirlər.

AzPost xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) icraçı direktoru Eyyub Əliyev bildirib ki, tələb-təklif məsələsi hər ölkəyə görə dəyişir:

“Bu, ölkədən-ölkəyə dəyişən bir məsələdir. Məlum olduğu kimi, Azərbaycanda daha çox hündür maşınları, krossoverləri bəyənirlər, onalra tələbat çoxdur. Amma məsələn, ABŞ-də daha çox pikaplara üstünlük verirlər.

Bir sözlə, avtomobil seçimi ölkənin iqliminə, insan baxışına, psixologiyasına uyğun olaraq edilir. Avropa ölkələrində daha çox kiçik həcmli maşınları görə bilərik. Lakin bəzi növ avtomobillər var ki, onlara maraq hər zaman olsa da, tələbat məhduddur. Bu növ maşınların istehsal sayı digər avtomobillərdən hər zaman az olub. Lüks brendlər olan “Lamborcini” və “Ferrari” il ərzində minimum sayıda istehsal var”.

Eyyub Əliyev qeyd edib ki, ölkəmizdə hazırda dəbdə olan maşınlar daha çox elektromobil və hibridlərdir:

“Yəni hər bir avtomobilin öz həvəskarı var. Sadəcə əgər hansısa avtomobil yüksək qiymətdə deyilsə, istehsalçı onu daha çox istehsal edib satmağı düşünürsə və tələb-təklif məsələsində uyğunsuzluq varsa, təbii ki, şirkət onun istehsalını saxlayır.

Azərbaycana gəldikdə, hazırki tendensiya onu göstərir ki, artıq alıcılar elektrik avtomobillərə, hibridlərə daha çox maraq göstərirlər. Bizdə yaxın illərdə bu tendensiya daha da artacaq”.

Post navigation

Previous: 136 saylı orta məktəbdə uşaq sığınacağının sakinləri ilə görüş
Next: Süni intellektin bank sektoruna zərəri –

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

park usaqlar
  • Maraqlı

Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası

User 16 Noyabr 2026 - 21:46
Yeni araşdırmaya görə, parklara müntəzəm baş çəkmək uşaqların psixi sağlamlığına və böyüdükcə sosial bacarıqlarının inkişafına müsbət təsir...
Read more about Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası
“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP putin tramp
  • Dünya

Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP

User 16 Noyabr 2026 - 18:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.