“Bu problemin bir daha təkrar olunmamasında qərarlıyıq” –İran prezidenti Bakı ilə gərginlikdə Ruhanini ittiham edib

“Təəssüf ki, qonşu ölkələrlə bağlı yaranmış bir sıra problemlər vaxtında lazımi tədbirlərin görülməməsi üzündən mürəkkəbləşib. Biz bu problemləri həll etməyə, bunların bir daha təkrarlanmamasında qərarlıyıq”.

Azpost.info İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi bu gün Türkmənistanda işləyən biznesmenlərlə və vətəndaşlarla görüşü zamanı deyib.

İran prezidenti bildirib ki, region ölkələri ilə münasibətlərin inkişafında ciddi və xüsusi problemlər yoxdur. “Mövcud problemlərin qarşılıqlı anlaşma ilə həlli ilə əməkdaşlığın möhkəmlənməsində effektiv addımlar atmaq olar”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Ərdoğan Aşqabad sammitində Zəngəzur dəhlizindən danışıb