“Bu, qorxulu yuxu kimidir, baş verənlərə inana bilmirəm”.
Azpost.info xəbər verir ki, bunu Braziliya yığmasının kapitanı Neymar Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində komandanın mübarizədən kənarlaşdırılmasından danışarkən deyib.
“Arzumuzu gerçəkləşdirə bilmədik, amma bu futboldur və belə də olur. İndi evdə məğlubiyyətin yasını tutacağıq və buna görə əzab çəkəcəyik”, – futbolçu bildirib.
Neymar braziliyalı azarkeşlərə göstərdikləri dəstəyə və sevgiyə görə təşəkkür edib.
Azpost.info