Bu rayonların sakinləri bu gün müavinət, təqaüd və kompensasiya alacaq –ADLAR

Bu gün Bakının daha yeddi rayonu üzrə sakinlər müavinət, təqaüd və kompensasiya alacaqlar.

Bu, Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonlarının sakinləridir.

Qeyd edək ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanılıb.

Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də, Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib. (oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusdan ölənlərin sayı 170 mini keçib

Sonrakı məqalə

“Bir ay ərzində neftin qiyməti qalxacaq” –