Bu yaşda olan sürücülər icbari formada həkim müayinəsindən keçəcək

Azərbaycanda yerüstü nəqliyyatı idarə edən bəzi sürücülər üçün icbari formada keçirilən həkim müayinələrinin sayı artırılıb.

Azpost.info fins.az-a istinadən bildirir ki, bununla əlaqədar Səhiyyə Nazirliyi Kollegiyası “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”nda dəyişikliklər edilib.

Bu dəyişikliyə uyğun olaraq, yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan şəxs 18 yaşından aşağı olduqda 2 ildə bir dəfə terapevt nevropatoloq, cərrah, psixiatr, narkoloq, endokrinoloq qəbulu ilə yanaşı, pediatr qəbulundan da keçməli olacaq.

Qərara edilmiş digər dəyişikliklə yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan və “C”, “C1”, “CE” və “C1E”, “D”, D1”, “DE” və “D1E kateqoriyası üzrə işləyənlər sadalananlarla yanaşı, 2 ildə bir dəfə oftalmoloq, otorinolarinqoloq müayinəsindən keçəcəklər.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir