“Burak Yılmaza dedim ki, fəxr eləməlisən…” –Türkiyə millisinin baş məşqçisi

“İlk 20 dəqiqədə oyunçularımızın bu qalibiyyətə inanmadıqlarını gördük. Rəqibin birinci qolundan sonra hər şey dəyişdi”.

Bunu Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz deyib. 

O, dünya çempionatının seçmə mərhələsinin pley-offunun yarımfinalında Portuqaliyaya 1:3 hesablı məğlubiyyətdən danışıb:

“Hesab açıldıqdan sonra qazana biləcəyimizə dair izlər oldu. İkinci qolda rəqibə yaxın oynamalı idik. Fasilədə futbolçularıma Latviya və Monteneqro matçlarını xatırlatdım. Dedim ki, geridönüş edə bilərik. Lakin bəzən şans lazımdır. Burak Yılmaza bildirdim ki, penaltini vura bilməsən də, bu komandanın kapitanı olduğun üçün fəxr etməlisən. Latviya ilə matçda 11 metrlik cərimə zərbəsini düzgün yerinə yetirməsəydin, bu gün burada olmazdıq”. (Qafqazinfo)

Əvvəlki məqalə

Türkiyə ruslar üçün ən populyar turizm ölkəsidir –

Sonrakı məqalə

Ukrayna üçün “Marşall planı” –