Dünyanın ən uca tikilisi olan Bürc Xəlifə qülləsi ən hündür bina statusunu itirir.
Səudiyyə Ərəbistanı bir kilometrdən çox uzunluğu olan göydələnin tikintisini başa çatdırmaq qərarına gəlib.
“Naked Science” nəşrinin yazdığına görə Ciddə İqtisadi Şirkəti bütün dünyanın ən hündür, həmçinin yeni göydələni iddiası ilə nəzərdə tutulan və yeni təqdim edilən Ciddə Qülləsini tikmək üçün hazırlanmış layihəni bərpa etmək qərarına gəlib. Yeni qüllə Səudiyyə Ərəbistanında, yəni Ciddə şəhəri yaxınlığında tikilməyə başlayıb.
Tikinti işləri ilə bağlı verilən məlumatlara görə işlərin tamamlanması təxminən 42 ay çəkməlidir, bundan sonra 1000 metrlik göydələn dünyanın ən hündür binasına çevriləcək.
Qeyd edək ki, hələ də bu rekord göstərici Dubaydakı Bürc Xəlifə adlanan dünyada ən hündür qülləyə məxsusdur. Bu tikilinin hündürlüyü isə 828 metrdir.
Oqtay Qorçu