Bütün məktəblərdə şagird davranış qaydalarının tətbiqinə başlanılacaq- Bu tarixdən

Ümumtəhsil məktəblərində şagird davranış qaydaları ötən ilin sonunda ictimaiyyətə təqdim olundu və müsbət qarşılandı.

Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bağçalarla bağlı maarifləndirmə istiqamətində media nümayəndələri üçün keçirilən seminarda deyib. Onun sözlərinə görə, bu ilin fevralında 300 məktəbdə şagird davranış qaydalarının tətbiqinə başlanılıb:

“Monitorinqlər aparılır. Artıq valideynlər qaydaların tətbiq olunduğunu hiss edirlər. Bəzi məktəblərdə qaydaların tətbiqi tam düzgün şəkildə icra olunmur. Monitorinqlər yekunlaşdıqdan sonra nəticələr açıqlanacaq. 2023-cü ilin sentyabrından etibarən isə bütün ümumtəhsil müəssisələrində bu qaydaların tətbiqinə başlanılacaq”.

Əvvəlki məqalə

Mətbuat Şurası jurnalistlərə müraciət edib

Sonrakı məqalə

Rusiya 5 milyard dollar təzminat ödəməlidir