Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb

Yağış
Yağış

Milli Hidrometeorologiya Xidmətinin avqustun 3-ü saat 11:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 12, Zaqatala 6, Qusarda 5, Balakən, Şəki, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Daşkəsən, Gədəbəy, Qax, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34°, Naxçıvan Muxtar Respublikasında 33-35°, Aran rayonlarında 32-35°, dağlıq rayonlarda isə 19-22° isti olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.