Cəlilabadda turist avtobusu qəzaya uğrayıb- Ölənlər və xəsarət alanlar var

Cəlilabadda dəhşətli yol qəzası baş verib.

Hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatı, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.