Cənubi Koreya bu kateqoriyalı avtomobillərin Rusiyaya tədarükünə qadağa qoydu

Cənubi Koreya Rusiya və Belarusa ixracı məhdudlaşdırılan malların siyahısını 1159 adda genişləndirib.

Azpost.info xəbər verir ki, bundan sonra bu malları, xüsusən də ağır tikinti texnikası, təyyarə komponentləri və yeni kateqoriyalı nəqliyyat vasitələrini almaq üçün xüsusi dövlət icazəsi almaq lazım gələcək.

İxracı qadağan olunmuş əşyalar siyahısında metal emalı dəzgahları, akkumulyatorlar, avtomobillər də var.

Həmçinin, indi məhdudiyyətlər əvvəllər olduğu kimi təkcə qiyməti 50 min dollara qədər olan avtomobillərə deyil, mühərrik həcmi 2,0 litrdən çox olan bütün avtomobillərə də şamil edilir.

Hökumət yeni tədbirləri sadalanan malların hərbi məqsədlər üçün istifadə olunma ehtimalının yüksək olması ilə izah edib. Eyni zamanda, Seul yoxlamalardan sonra və müəyyən şərtlərə uyğun olaraq fərdi icazələrin verilməsini davam etdirəcək.

Azpost.info

Əvvəlki məqalə

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb

Sonrakı məqalə

Rəsmi Bakı Parisə nota verdi