Cənubi Koreya Ukraynaya kəşfiyyat zabitləri göndərmək istəyir

Cənubi Koreya hakimiyyəti KXDR qoşunlarının xüsusi hərbi əməliyyat zonasında hipotetik görünməsinə cavab olaraq Ukraynaya dəstək personalının göndərilməsini müzakirə edir.

Azpost.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Newspim” agentliyi məlumat yayıb.

Cənubi Koreya kəşfiyyat xidmətindən olan mənbənin sözlərinə görə, Seul cavab olaraq ixtisaslaşmış kəşfiyyat zabitləri və hərbi taktika mütəxəssislərinin göndərilməsi təklifini nəzərdən keçirir.

Bu, Şimali Koreya əsgərlərinin Ukraynada xüsusi hərbi əməliyyatda genişmiqyaslı iştirakı halında Cənibi Koreyanın cavabı olacaq.

Azpost.info

Əvvəlki məqalə

SSRİ-nin kosmosda həlak olan ilk kosmonavtı kim olub? –

Sonrakı məqalə

“Qarabağ” – “Ayaks” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb