Cənubi Koreya üzərində içinə zibil yığılmış 150 şar partlayıb –Kim Çen Indan əcaib addım /FOTO

Şimali Koreya Cənubi Koreyaya doğru içinə zir-zibil yığılmış 150-dən çox şar buraxıb.

Azpost.info Yonhap agentliyinə istinadən bildirir ki, bu barədə  ölkənin silahlı qüvvələrinin Birləşmiş Qərargahı məlumat verib.

Şarlar Cənubi Kyonqsan əyalətinə çatıb və ölkənin müxtəlif yerlərinə düşüb.

Topaların içərisində zibil – plastik butulkalar, akkumulyatorlar, ayaqqabı hissələri və peyin olduğu qeyd edilir.

Cənubi Koreya qeyd edib ki, KXDR-in bu cür hərəkətləri beynəlxalq hüququ pozur və təhlükəsizliyi təhdid edir. Seul KXDR-i “qeyri-insani və vulqar hərəkətlərini” dərhal dayandırmağa çağırıb. Ölkə hakimiyyəti bu cür hallar üçün təhlükəsizlik tədbirləri hazırlamağa söz verib.

Bundan əvvəl KXDR Cənubi Koreyanın vərəqələr göndərməsinə cavab olaraq sərhəd bölgələrinə “tullantı kağızı və kir yığınlarını səpmək” planları barədə xəbərdarlıq etmişdi.

Azpost.info

Əvvəlki məqalə

Paşinyan demarkasiyanı təhlükəsizlik zəmanəti hesab edir

Sonrakı məqalə

Sabah hava necə olacaq?