Cənubi Koreyanın baş məşqçisi vəzifəsindən istefa verib

Cənubi Koreya millisinin baş məşqçisi Paulo Bento istefa verdiyini açıqlayıb.

Baş məşqçi bu barədə Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Braziliya millisinə məğlubiyyətdən (1:4) sonra qərara gəlib.

“Gələcək haqqında düşünməliyik və bu, Koreya millisinin oyunçuları ilə bağlı olmayacaq. Mən bunu futbolçulara və Cənubi Koreya Federasiyasının prezidentinə bildirdim. Bu qərar hələ sentyabr ayında qəbul edilib. Oyunçulara etdiklərinə görə təşəkkür etməliyəm. Onlar bütün güclərini qoydular və mən onların məşqçisi olduğum üçün şadam və fəxr edirəm”, – deyə P.Bento bildirib.

Qeyd edək ki, Paulo Bento 2018-ci ildən Koreya millisinə rəhbərlik edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.