“Regionumuzun və Qafqazın təhlükəsizliyi ilə bağlı çox maraqlı təkliflərim var. Bu təkliflər Azərbaycana səfəri zamanı ciddi müzakirə olunub”.
Azpost.info bildirir ki, bu sözləri Minsk hava limanında Rusiya prezidenti Putini qarşılayan Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Məlumatı Lukaşenkonun mətbuat xidməti yayıb.
Belarus prezidenti bildirib ki, prezidentlər ilk növbədə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər, hökumət üzvlərinin iştirakı ilə iqtisadi məsələlərə baxılacaq.
“Düşünürəm ki, biz həmişə olduğu kimi təhlükəsizlik məsələlərini birinci yerə qoyuruq. Mənim regionumuz və Qafqaz üçün çox maraqlı təkliflərim var ki, onları Azərbaycana səfərimiz zamanı çox ciddi müzakirə etdik”, – deyə Belarus lideri bildirib.